Loading...

Azərbaycanda deputat oğlu necə yaşayır? - ÖZƏL GÖRÜNTÜLƏR video indir

Loading...
Video ve Mp3 indirme linkleri

By: MeydanTVYayınlanan: 12 ay önce

748, 791 izlenib

3, 432 Seviyor   2, 519 Sevmiyor

Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı ölkə mediasında tez-tez hallanır. O dələduzuqda təqsirləndirilən Elnur İbrahimovun işində zərərçəkən kimi tanınsa da, ifadə verənlər elə Həbibin özünün dələduz olduğunu deyirlər. İddia edilir ki, o borclu olduğu pulu qaytarmır, işlərini isə anası vasitəsi ilə ayaqda tutur.

Ötən il Həbib Axundovun adı model Günel Mirzəyevanın ölümü ilə bağlı hallanırdı. Mətbuat modelin deputat oğluna məxsus qayıqdan dənizə düşüb boğulduğunu iddia etsə də, həm Elmira Axundova, həm də Günel Mirzəyevanın ailəsi deyilənləri təkzib edirdi. +Elmira Axundova açıqlamasında demişdi ki, Xəzərdə hər yay minlərlə adam boğulub, dünyasını dəyişir. Ümumiyyətlə, Həbibin heç yaxtası olmayıb. FHN isə bunun əksini söyləyir. Belə ki, Günel Mirzəyevanın ölümü ilə nəticələnən hadisə Həbib Axundovun adına olan gəzinti katerinin dənizdə olması zamanı baş verib. Hadisə baş verəndən bir ay keçməmiş kater dövlət qeydiyyatında Həbib Axundovun adından çıxarılıb.

Meydan TV-nin Həbib Axundovun yaşam tərzi ilə bağlı əldə etdiyi görüntülərdən məlum olur ki, deputat oğlunun günü elə eyş-işrətdə keçirmiş. Həmin görüntülərin əksəriyyəti 2015-ci ildə çəkilib. Həmin il ölkədə 2 dəfə devalvasiya baş verib və bu, ölkə iqtisadiyyatına ciddi zərbə vurub. İqtisadi göstəricilərə görə, devalvasiya ərəfəsində vətəndaşların kommersiya banklarına təqribən 2 milyard dollar kredit borcu yaranıb.


Kanala abunə ol - https://goo.gl/TcM9Fm

WebSite: http://www.meydan.tv
Facebook: http://fb.com/MeydanTelevision
Twitter: http://twitter.com/MeydanTV
Google+ https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram: http://instagram.com/meydantv

__
Xəbərdən çox xəbər var. #çəkgöndər yayımlayaq #whatsapp : +49 176 16263646

Rapor Formu
Lütfen video bağlantısı nevadmca@gmail.com gönderin
Loading...