Loading...

Meyiti gələn çavuşun yaxınları yolu bağlayıb video indir

Loading...
Video ve Mp3 indirme linkleri

By: MeydanTVYayınlanan: 2 yıl önce

169, 253 izlenib

1, 186 Seviyor   126 Sevmiyor

Bir neçə gün öncə Goranboy rayonunun Nadirkənd kənd sakini, çavuş Hümbətov Vüsal Novruz oğlunun cənazəsi ailəsinə təhvil verilib. Lənkəran Sərhəd Dəstəsinin "N" saylı hərbi hissəsinin məsul şəxsləri ailəsinə çavuş V.Hümbətovun intihar etdiyini bildiriblər.
Ailənin tək övladı olan əsgərin intihar etdiyinə inanmayan yaxınları iyulun 28-də, onun yas mərasiminin 7-ci günü Bakı-Qazax magistral yolunu bağlayaraq aksiya keçiriblər. Hadisə iştirakçılarının sözlərinə görə, ailə üzvləri hərbçinin öldürüldüyünü iddia edirlər. Bibisi isə əsgərin ölüm səbəbinin araşdırılmasını tələb edib.
Faktı Meydan TV-yə Nadirkənd kənd icra nümayəndəsi Elşən Verdiyev də təsdiqləyib: “Vüsal Hümbətov bizim kənddə yaşayırdı. Dünən əsgərin 7 mərasimi idi. Təxminən saat 4 radələrində onun anası, nənəsi, xalası, bacısı və digər qohumlar yolu kəsmişdilər. Yas mərasiminə hərbçilər də gəlmişdilər. Onlar da ölüm səbəbini dəqiq bilmirlər. Hazırda araşdırma gedir, yəqin ki, bəlli olacaq”.
Müdafiə Nazirliyi isə hələ də Vüsal Hümbətovun ölümü ilə bağlı məlumat yaymayıb.


Kanala abunə ol - https://goo.gl/TcM9Fm

WebSite: http://www.meydan.tv
Facebook: http://fb.com/MeydanTelevision
Twitter: http://twitter.com/MeydanTV
Google+ https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram: http://instagram.com/meydantv

__
Xəbərdən çox xəbər var. #çəkgöndər yayımlayaq #whatsapp : +49 176 16263646

Rapor Formu
Lütfen video bağlantısı nevadmca@gmail.com gönderin
Loading...