Loading...

51 azərbaycanlı Almaniyadan deport edilib: Həbs olunan var video indir

Loading...
Video ve Mp3 indirme linkleri

By: MeydanTVYayınlanan: 10 ay önce

46, 822 izlenib

415 Seviyor   83 Sevmiyor

Almaniyadan sığınacaq istəyən, qəbul edilmədikdən sonra isə ölkədə qanunsuz yaşayan 51 azərbaycanlı iyulun 18-də Azərbaycana deportasiya edilib. Bu haqda məlumat yayan “Legat” inteqrasiya mərkəzi bildirib ki, deportasiya edilənlərin şəxsiyyətləri son bir həftə ərzində “Readmissiya haqqında” sazişə əsasən müəyyən edilib. Almaniyanın müxtəlif bölgələrində yaşayanlar Çarter reysi ilə Azərbaycana göndərilib. Qaytarılan şəxslərin bəziləri aeroportdaca həbs edilib.

Deportasiya edilənlərin böyük əksəriyyətinin siyasətlə bağlı olmadığını deyən “Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev həmçinin bildirib ki, bir ailənin qızı qayıtmamaq üçün özünə xəsarət yetirib, hazırda xəstəxanadadır. Sitat: “Deportasiya olunanlardan hansının Binə Hava Limanında DTX və DİN tərəfindən həbs edilmələri barədə də məlumatlıyıq. Bəzilərinin Bandotdeldə saxlanıldığını da bilirik. Almaniya hökuməti gərək bu məsələləri nəzərə alardı. Hətta deportasiya olunanlardan birinin ayaqlarına və əllərinə qandal vurublar. Qandallanan oğlan Əcnəbilərlə İş İdarəsinə gedib, onu zalda gözlədiblər, ardınca polisə zəng ediblər. Sonra ölkədən deport ediblər. Bildiyimə görə Hava Limanından Bandotdelə aparıblar. Hansı əsasla saxlanılması da mənə bəlli deyil, vəkillə təmin olunub-olunmamasını da bilmirəm. İkinci, adam siyasi partiya üzvü də deyil, yaxud cinayətkar qrupla da əlaqəsi yoxdur. Məndə olan məlumata görə 51 nəfər arasında Müsavat Partiyasının üzvü və dindarlar da var”. Sitatın sonu.

Azərbaycan Miqrasiya Xidmətindən isə bildirilib ki, deport edilən şəxslər sorğu vərəqələrini doldurduqdan sonra evlərinə buraxılıblar.


Kanala abunə ol - https://goo.gl/TcM9Fm

WebSite: http://www.meydan.tv
Facebook: http://fb.com/MeydanTelevision
Twitter: http://twitter.com/MeydanTV
Google+ https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram: http://instagram.com/meydantv

__
Xəbərdən çox xəbər var. #çəkgöndər yayımlayaq #whatsapp : +49 176 16263646

Rapor Formu
Lütfen video bağlantısı nevadmca@gmail.com gönderin
Loading...