Loading...

Azərbaycanlı məmur və oliqarxların Dubaydakı mülkləri - ARAŞDIRMA video indir

Loading...
Video ve Mp3 indirme linkleri

By: MeydanTVYayınlanan: 1 yıl önce

349, 314 izlenib

1, 608 Seviyor   299 Sevmiyor

Dünya gündəmi Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı çıxan “Dubayın qızıl qumları” adlı yeni araşdırma ilə silkələnib. Araşdırmaçı jurnalistlərin əldə etdiyi sənədlər üzə çıxarıb ki, Dubay şəhəri müxtəlif ölkələrdən olan məmur və oliqarxların çoxmilyonluq mülklərinə ev sahibliyi edir.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsinin qeyri-kommersiya təşkilatından əldə ətdiyi sənədlərdə qeyd olunub ki, 2017-ci ilə olan məlumatlara görə, Dubayda yaşayan milyonerlərin sayı artıb və onlar 5 min nəfəri ötüb.
Burada mülk sahibi olmaq çox asandır. OCCRP-nin reportyoru Dubayda 7 daşınmaz əmlak agentliyinə baş çəkib:
Nəticə belədir: Mülk üçün ödəniləcək məbləğin mənbəyi agentliklərə maraqlı deyil.
Dubayda milyonluq villalara sahib olanlar arasında Azərbaycanın yüksək ranqlı məmurlarının övladları və oliqarxlar da var
Çoxmilyonluq mülklərin sahibi olan 15 azərbaycanlı
Baharxanım və Seymur Talıbovlar – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun övladlarıdır. Dubayda 2 mülkləri var
Nicat və Tale Heydərovlar – Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun övladlarıdır.. ümumilikdə 9 mülkləri var.
.Arzu Əliyeva –İlham Əliyevin kiçik qızının burada 7 mülkü var
Heydər Əliyev - Prezidentin oğludur və Onun da milyonlarla dəyəri olan 7 mülkü var.
Mahmud Qubatov – Azərbaycan Metreologiya İnstitutunun direktorudur. Əldə edilən məlumatlarda Mahmud Qubatov mülk satıcısı kimi qeydiyyatdadır.
Arif Paşayev – Vitse-prezident və birinci xanım Mehriban Əliyevanın atasıdır. Dubayda onun adında bir mülk var.
Çingiz Əsədullayev – Azəriqazbankın payçısı, Milli Məclisin keçmiş deputatının iki mülkü var.
Fərid Novruzi – Novko Qrupun rəhbəri eləcə də Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin yaxın qohumudur. Ümumilikdə iki mülkü var.
Günel Novruzi – Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin qızıdır və Onun adına bir mülk var.
Fərhad Qəribov – 2005 və 2015-ci illərdə Milli Məclisin deputatı olub, Qəribovun iki mülkü var.
Rüfət Katibli – SOCAR-ın Marketinq və Satış Departamentinin rəhbəridir və 1 mülkü var.
Baba Rzayev – Azərİşıq ASC-nin sədridir. .Rzayevin burada bir mülkü var.
Xəyal Əlizadə – keçmiş prezident Heydər Əliyevin köməkçisi Tariyel Ağayevin kürəkənidir Və bir mülkü var.


Kanala abunə ol - https://goo.gl/TcM9Fm

WebSite: http://www.meydan.tv
Facebook: http://fb.com/MeydanTelevision
Twitter: http://twitter.com/MeydanTV
Google+ https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram: http://instagram.com/meydantv

__
Xəbərdən çox xəbər var. #çəkgöndər yayımlayaq #whatsapp : +49 176 16263646

Rapor Formu
Lütfen video bağlantısı nevadmca@gmail.com gönderin
Loading...